Bundesliqa: “Borussiya” “Verder”i darmadağın edib - YENİLƏNİB + VİDEO

Xəbərlər
14 Yanvar 2026 01:33
50
Bundesliqa: “Borussiya” “Verder”i darmadağın edib

Almaniya Bundesliqasının 17-ci turunun “Borussiya Dortmund” və “Verder Bremen” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “Dortmund” stadionunda baş tutan matç 3:0 hesabı ilə ev sahibi komandanın xeyrinə qurtarıb.
11-ci dəqiqədə “Borussiya”nın müdafiəçisi Niko Şlotterbek hesabı açıb. Yarımmüdafiəçi Marsel Sabitser 75-ci dəqiqədə “Borussiya”nın üstünlüyünü artırıb. Səkkiz dəqiqə sonra hücumçu Seru Girassi hesabı tamamlayıb.

Bundesliqadakı 17 oyundan sonra “Borussiya” 36 xalla ikinci yerdədir. “Verder Bremen” isə 17 xalla 12-ci yerdə qərarlaşıb.

Turun digər oyununda “Mayns” “Haydenhaym”ı məğlub edib - 2:1.

00:05

Almaniya Bundesliqasının 17-ci turunun “Ştutqart” və “Ayntraxt” arasında keçirilən oyunu başa çatıb. Oyun “Ştutqart Arena”da baş tutub.

İdman.Biz bildirir ki, matç 3:2 hesabı ilə ev sahibi komandanın xeyrinə bitib.

Qonaqların müdafiəçisi Rasmus Kristensen 5-ci dəqiqədə hesabı açıb. 27-ci dəqiqədə “Ştutqart”ın hücumçusu Ermedin Demiroviç bərabərlik qolunu vurub. 55-ci dəqiqədə hücumçu Deniz Undav ev sahibi komandanı irəli çıxarıb. 80-ci dəqiqədə Ayube Amaymuni-Eçquyab bərabərlik qolunu vurub. 87-ci dəqiqədə yarımmüdafiəçi Nikolas Nartey “Ştutqart”ın qələbə qoluna imza atıb.

Bundesliqanın 17 oyunundan sonra “Ştutqart” 32 xalla üçüncü yerdədir. "Ayntraxt" 26 xalla yeddinci yerdə qərarlaşıb.

İdman.Biz