“Brayton” minimal üstünlüklə “Brentford”a qalib gəlib

Xəbərlər
22 Noyabr 2025 21:50
16
“Brayton” minimal üstünlüklə “Brentford”a qalib gəlib

İngiltərə Premyer Liqasının 12-ci turunun “Brayton” və “Brentford” komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda 2:1 hesabı ilə “Brayton” qalib gəlib.

İqor Tyaqo 29-cu dəqiqədə penaltidən qonaqlar irəli çıxarıb. Denni Uelbek 71-ci dəqiqədə hesabı bərabərləşdirib. Cek Hinşelvud 84-cü dəqiqədə meydan sahiblərinin qələbə qolunu vurub.

Bu oyundan sonra “Brayton” İngiltərənin yüksək liqasında 19 xalla beşinci, “Brentford” isə 16 xalla 12-ci yerdədir.

Paralel matçda “Fulhem” “Sanderlend”i 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz