Əşrəf Hakimi Afrikada ilin oyunçusu seçilib

Xəbərlər
20 Noyabr 2025 00:09
23
Əşrəf Hakimi Afrikada ilin oyunçusu seçilib

Əşrəf Hakimi Afrikada “İlin oyunçusu” seçilib.

İdman.Biz xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) bu barədə sosial media platformasındakı hesabında məlumat verib.

Ötən mövsüm mərakeşli müdafiəçi PSJ ilə Çempionlar Liqasını, Fransa Liqasını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb. Bundan əlavə, Hakiminin heyətində olduğu parislilər ABŞ-da keçirilən FIFA Klublararası dünya çempionatınən finalına çıxıblar. Müdafiəçi parislilər üçün bütün yarışlarda 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.

Hakimi hazırda sol topuq zədəsindən sağalır.

İdman.Biz