“Yuventus” türk ulduzla müqaviləni uzatmaq niyyətindədir - VİDEO

Xəbərlər
19 Noyabr 2025 22:37
135
“Yuventus” türk ulduzla müqaviləni uzatmaq niyyətindədir - VİDEO

“Yuventus”un futbol əməliyyatları direktoru Corco Kyellini klubun 20 yaşlı hücumameylli yarımmüdafiəçi Kənan Yıldızla yeni müqavilə üzərində işlədiyini açıqlayıb.

İdman.Biz-in məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano sosial media platformasında məlumat verib.

“Kənan Yıldız üçün yeni müqavilə üzərində işləyirik, ona görə də sakit olun. Bütün tərəflərin niyyəti eynidir; birlikdə davam etməyi planlaşdırırıq”, - deyə Kyellini bildirib.

Oyunçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Daha əvvəl “Çelsi”, “Arsenal” və “Real Madrid”in Yıldızla maraqlandığı bildirilirdi.

Bu mövsüm yarımmüdafiəçi “Yuventus”da 18 oyun keçirib, altı qol vurub və altı məhsuldar ötürmə edib.

@idman.biz “Yuventus”un futbol əməliyyatları direktoru Corco Kyellini klubun 20 yaşlı hücumameylli yarımmüdafiəçi Kənan Yıldızla yeni müqavilə üzərində işlədiyini açıqlayıb. #yuventus #futbol #komanda #idman ♬ Idman və Biz - orijinal ses - Idman və Biz
İdman.Biz