DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində E qrupunda iki oyun keçirilib.
İdman.Biz bildirir ki, Sevilyada İspaniya və Türkiyə yığmaları üz-üzə gəliblər. Qarşılaşma 2:2 hesabı ilə bitib.
Oyunda hesabı 4-cü dəqiqədə meydan sahiblərindən Dani Olmo açıb. 42-ci dəqiqədə Dəniz Gül hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Salih Özcan Türkiyə millisini hesabda irəli çıxarıb. 62-ci dəqiqədə Mikel Oyarsabal hesabı bərabərləşdirib.
Qrupun digər oyununda Bolqarıstan Gürcüstanı qəbul edib.
Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb.
Matçın ilk qolunu bolqarlardan Georgi Rusev 10-cu dəqiqədə vurub. 24-cü dəqiqədə Filip Krastev hesab arasındakı fərqi artırıb. 88-ci dəqiqədə Luka Loçoşvili buraxılan qollardan birinin əvəzini çıxıb.
Beləliklə, İspaniya 16 xal toplayaraq qrup birincisi kimi dünya çempionatında iştirak edəcək. Türkiyə yığması 13 xal toplayıb və DÇ-2026-ya düşmək üçün pley-offda iştirak etməlidir. Bolqarıstan və Gürcüstan milliləri hərəyə üç xal toplayıblar.
