Matteus Maradona barədə: “Dövrümüzün ən yaxşı futbolçusu idi, məndən sonra”

Xəbərlər
17 Noyabr 2025 23:27
38
Matteus Maradona barədə: “Dövrümüzün ən yaxşı futbolçusu idi, məndən sonra”

“Bavariya”nı və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Lotar Matteus Dieqo Maradona ilə rəqabətindən danışıb.

İdman.Biz bildirir ki, Matteus və Maradona hərəyə bir dəfə millinin heyətində dünya çempionu olublar. Maraqlıdır ki, 1986-cı ildə Argentina dünya çempionatının finalında Almaniyaya (3:2), 1990-da isə Almaniya Argentinaya (1:0) qalib gəlib.

"Dieqo bizim nəslin ən yaxşı futbolçusu idi. Əlbəttə ki, məndən sonra. Bizim futbol dostluğumuz var idi. O vaxtlar biz Messi və Ronaldu kimi idik. Rəqabət onları əla oyunçu edir.

Dieqo və mən meydanda rəqib idik. Komandalarımız və ölkəmiz üçün mübarizə apardıq. Dieqo məni daha güclü etdi və əksinə. Bir-birimizə fayda verdik”, - Matteus deyib.

İdman.Biz