“Arsenal”ın oyunçusu Seneqalla oyunda zədələnib

Xəbərlər
16 Noyabr 2025 00:34
28
“Arsenal”ın oyunçusu Seneqalla oyunda zədələnib

“Arsenal”ın və Braziliya millisinin mərkəz müdafiəçisi Qabriel Maqalyayns Seneqala (2:0) qarşı yoldaşlıq oyununda zədələnib və 64-cü dəqiqədə meydanı tərk edib.

İdman.Biz xəbər verir ki, oyundan sonra Braziliyanın baş məşqçisi Karlo Ançelotti oyunçunun zədəsi ilə bağlı fikirlərini bildirib.

“Qabrielin zədəsi olub-olmadığını bilmirəm. Deyəsən, o, əzələsində nəsə hiss edib. Sabah müayinədən keçəcək. Bunu hiss etdiyinə görə çox məyusuq. Ona tezliklə sağalmağı arzulayıram”, - Ançelotti deyib.

Maqalyayns bu mövsüm klubun heyətində 17 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz