Xorvatiya millisinin yarımmüdafiəçisi və kapitanı Luka Modriç beşinci dəfə dünya çempionatında oynaya bilər.
İdman.Biz bildirir ki, Zlatko Daliçin komandası seçmə mərhələdə Farer adaları üzərində 3:1 hesablı qələbə sayəsində DÇ-2026-ya vəsiqə qazanıb.
“Milan”ın yarımmüdafiəçisi ilk dəfə dünya çempionatında 2006-cı ildə, 20 yaşında iştirak edib. Xorvatiya 2010-cu il dünya çempionatına vəsiqə qazana bilməyib, lakin 2018 və 2022-ci illərdə Balkan millisi turnirin finalına və yarımfinalına yüksələrək gümüş və bürünc medallar qazanıb.
Luka Modriç milli komandada 190 oyun keçirib və bu rəqəmə görə rekordçudur.
