İspaniya dünya çempionu olsa, Kukurelya başını keçəl qırxdıracaq

Xəbərlər
14 Noyabr 2025 09:08
33
İspaniya dünya çempionu olsa, Kukurelya başını keçəl qırxdıracaq

“Çelsi”nin və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya milli komandasının 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını qazanacağı təqdirdə saçları ilə nə edəcəyi ilə bağlı sualı cavablandırıb.

İdman.Biz bildirir ki, hazırda İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində E qrupunda 4 oyundan sonra 12 xalla liderdir.

“Biz hər şeyi qazana bilərik, amma bunu çox ucadan deməzdim, çünki bu, baş verməyə bilər. Qırmızı boya mənə şans gətirdi (Kukurelya İspaniyanın AVRO-2024-də qələbəsindən sonra saçını rəngləyib – red.). Rəngini dəyişərdim, amma bəlkə də saçımı kəsdirərdim. Tutaq ki, başımı keçəl qırxdırardım”, - sport.es Kukurelyadan sitat gətirir.

2026-cı il dünya çempionatında hər birində dörd komanda olmaqla 12 qrupa bölünmüş 48 milli komanda iştirak edəcək.

İdman.Biz