“Yuventus”un 20 yaşlı hücumameylli yarımmüdafiəçisi Kənan Yıldızla klub arasında yeni müqavilə ilə bağlı danışıqlar dayandırılıb.
Bu barədə İdman.Biz “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Qeyd edək ki, “Çelsi”, “Arsenal” və “Real Madrid” oyunçu ilə maraqlanırlar.
Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Yuventus” onun maaşını artırmaq istəyirdi, lakin tərəflər hələlik bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər. Kənan hazırda mövsümdə 1,7 milyon avro qazanır, “Yuventus” klubu isə ona 6 milyon avro təklif edir, lakin yarımmüdafiəçi 7 milyon avro istəyir.
“Yuventus”un sahibi Con Elkann Yıldızın oyun keyfiyyətlərini yüksək qiymətləndirir və yarımmüdafiəçini klubla müqaviləsini uzatmağa razı salmaq üçün danışıqlara müdaxilə edə bilər.
