Roberto Mançini Qətərin “Əl Sədd” klubu ilə müqavilə imzalayır - Romano

Xəbərlər
12 Noyabr 2025 01:40
127
Roberto Mançini Qətərin “Əl Sədd” klubu ilə müqavilə imzalayır - Romano

“İnter”in və İtaliya milli komandalarının keçmiş məşqçisi Roberto Mançini 12 noyabrda Qətərin “Əl Sədd” klubu ilə müqavilə imzalamaq üçün Dohaya uçacaq.

İdman.Biz bunu Fabritsio Romanoya istinadən bildirir.

İnsayder sosial media səhifəsində bildirib ki, italiyalı mütəxəssis “Əl Sədd”in yeni baş məşqçisi olacaq.

Əvvəlki xəbərlərdə Qətər klubunun ilkin təklifini artırdığı və Mançininin bunu qəbul etdiyi bildirilirdi.

Mançini “Bolonya”, “Sampdoriya” və “Latsio”da oynayıb. O, “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” komandalarını çalışdırıb. Mançini İtaliya millisi ilə 2020-ci il Avropa Çempionatının qalibi olub.

İdman.Biz