Rafinya sağalır və fərdi proqramla məşq edir

Xəbərlər
11 Noyabr 2025 21:09
24
Rafinya sağalır və fərdi proqramla məşq edir

“Barselona”nın cinah oyunçusu Rafinya zədədən sonra sağalır.

Bu barədə İdman.Biz “Mundo Deportivo”ya istinadən məlumat verir.

Rafinya ikinci gündür ki, fərdi məşq edir.

Onun sağalması son mərhələdədir və tezliklə qrup məşqlərinə qayıtması gözlənilir.

“Barselona” Rafinyanın beynəlxalq fasilədən sonra keçiriləcək İspaniya Primerasının 13-cü turunda “Atletik Bilbao” ilə oyuna hazır olacağını gözləyir.

Sentyabrın sonunda Rafinya İspaniya çempionatının 6-cı turunda “Ovyedo”ya (3:1) qarşı oyunda zədələnib.

Bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda yeddi oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz