Van Deyk “Liverpul”un uğursuzluqları barədə: “Turnir cədvəlinə baxmaq lazım deyil”

Xəbərlər
11 Noyabr 2025 09:08
26
Van Deyk “Liverpul”un uğursuzluqları barədə: “Turnir cədvəlinə baxmaq lazım deyil”

Niderlandlı müdafiəçi və “Liverpul”un kapitanı Vircil van Deyk “mersisaydlılar”ın bu mövsümki zəif nəticələrindən danışıb.

İdman.Biz bildirir ki, komanda Premyer Liqada keçirdiyi son oyunda “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.

“Bizim qədər oyun uduzanda, turnir cədvəlinə baxmağın mənası olduğunu düşünmürəm”, - Van Deyk deyib.

“Liverpul”" hazırda 18 xalla İngiltərə Premyer Liqasının cədvəlində səkkizinci yerdədir. Arne Slotun komandası son altı Premyer Liqa oyunundan yalnız birində qalib gəlib. Çempionlar Liqasında “mersisaydlılar” dörd oyundan doqquz xal toplayıb və səkkizinci yerdədirlər.

İdman.Biz