Türkiyədə futbol matçlarına mərc qoymaqla bağlı polis tərəfindən dindirilmək üçün təxminən 600 futbolçu çağırılıb.
İdman.Biz bu barədə “Turkiye” qəzetinə istinadən məlumat verir.
İstintaq hesabatlarına istinadən verilən məlumata görə, oyunçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən qanunsuz veb saytlarda mərc ediblər.
Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytında isə xəbər verilir ki, qalmaqalda adları hallananlar arasında “Beşiktaş” və “Qalatasaray”ın futbolçuları da yer alırlar.
Belə ki, “qara qartallar”dan qapıçı Ersin Destanoğlu, yarımmüdafiəçi Necip Uysal, “cim-bom”dan isə müdafiəçilər Eren Elmalı və Metehan Baltacının mərc oynadıqları müəyyən edilib.
TFF 1024 oyunçunun adını Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib.
