“Qalatasaray” rəsmisi Abdullah Kavukçu “Kocaelispor” – “Qalatasaray” matçından sonra açıqlama verib və “Kocaelispor”un prezidenti Recep Durulun sözlərinə kəskin reaksiya göstərib.
İdman.Biz xəbər verir ki, Kavukçu TV100-ə açıqlamasında həm oyunun ümumi gedişini, həm də klubuna yönələn fikirləri dəyərləndirib.
“Kommersiya baxımından və oyun ritmi baxımından çox ağır dövrdən keçirik. Çempionlar Liqasındakı ilk 9 komandanın 6-sı xal itirib. Biz də eyni vəziyyətdəyik. Hər oyuna fokuslanırıq və işimizi davam etdiririk. Mövsümün sonunda çempion olmaq üçün çalışacağıq”, - deyə Kavukçu bildirib.
Daha sonra o, “Kocaelispor” prezidentinin matç sonrası açıqlamalarını tənqid edib:
“Bu sözlərə inana bilmirəm. Biz 120 illik klubuk. “Qalatasaray”ın adı təmizdir. Kim bizim adımızı dilinə gətirirsə, əvvəl özünə baxmalıdır. Şöh¬rət qazanmaq üçün kameraların qarşısına çıxmaq başqa şeydir, amma klubumuz haqqında belə danışmaq olmaz. Kocaeli tərəfdarlarına hörmətim var, amma prezident böyük formada həddini aşdı. Bunun cavabı olacaq”.
Kavukçu həmçinin qarşıdakı “Fənərbaxça” derbisinə də işarə edib:
“Biz hər gələn komandanı öz evimizdəki kimi qarşılayırıq, amma eyni münasibəti görmədik. Amma yolumuza davam edirik. Turnir cədvəlində liderik, Çempionlar Liqasında mübarizə aparırıq. Qarşıda “Fənərbaxça” ilə oyunumuz var. O matçdan sonra danışarıq”.
