Pro-Liqa: “Əl-Əhli” “Əl-İttihad”dan üstün olub

Xəbərlər
9 Noyabr 2025 01:13
27
Pro-Liqa: “Əl-Əhli” “Əl-İttihad”dan üstün olub

Səudiyyə Ərəbistanı Pro-Liqasının 8-ci turunda “Əl-İttihad” və “Əl-Əhli” qarşılaşıblar.

İdman.Biz bildirir ki, oyun “Kral Abdullah Sports Siti” stadionunda (Ciddə) baş tutub.

Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunun yeganə qolunu Riyad Mahrez vurub. “Mançester Siti”nin keçmiş cinah oyunçusu 55-ci dəqiqədə “Əl-Əhli”yə üstünlük qazandırıb.

Bu oyundan sonra “Əl-İttihad” 11 xalla turnir cədvəlində səkkizinci yerdədir. “Əl-Əhli” 16 xalla beşinci yerdədir. Kriştiano Ronaldonun komandası “Əl-Nəsr” 24 xalla Pro-Liqaya liderlik edir.

İdman.Biz