“Tottenham Hotspur” klubu “Real Madrid”in cinah oyunçusu Rodriqo Qoes və “Yuventus”un hücumçusu Kənan Yıldızla maraqlanmağa davam edir və qarşıdakı transfer pəncərələrində onların transferi uğrunda mübarizəyə qoşula bilər.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Məlumata görə, London klubunun sahibləri gələcək transferlərə investisiya qoymağa hazırdır. Həmçinin qeyd olunur ki, “Tottenham” Rodriqo ilə müqavilə imzalamaq üçün “Mançester Siti” və “Liverpul”la rəqabət apara bilər. London klubları “Arsenal” və “Çelsi” Kənan Yıldızla da maraqlanır.
Bu mövsüm Rodriqo bütün yarışlarda 15 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib. Yıldız 17 oyunda iştirak edib, altı qol vurub və altı məhsuldar ötürmə edib.
