La Liqa: “Real Sosyedad”la “Elçe” sülhlə ayrılıblar - VİDEO

Xəbərlər
8 Noyabr 2025 02:02
48
La Liqa: “Real Sosyedad”la “Elçe” sülhlə ayrılıblar - VİDEO

İspaniya La Liqasının 12-ci turunda “Elçe” və “Real Sosyedad” komandaları qarşılaşıblar.

İdman.Biz bildirir ki, matç 1:1 hesabı ilə başa çatıb.

“Elçe”nin hücumçusu Alvaro Rodriges 57-ci dəqiqədə hesabı açıb. 89-cu dəqiqədə qonaqların hücumçu Mikel Oyarsabal penalti ilə hesabı bərabərləşdirib.

La Liqada 12 oyundan sonra “Real Sosyedad” 13 xala malikdir və 14-cü yerdədir. “Elçe” 15 xalla doqquzuncu yerdədir.

Növbəti turda “Real Sosyedad” “Osasuna” (22 noyabr), “Elçe” isə “Real Madrid” (23 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz