“Liverpul” Semenyo üçün “Bornmut”a pul təklif edib

Xəbərlər
7 Noyabr 2025 22:41
32
“Liverpul” Semenyo üçün “Bornmut”a pul təklif edib

“Liverpul” 25 yaşlı qanalı hücumçu Antuan Semenyo üçün “Bornmut”a 65 milyon funt sterlinq (74 milyon avro) təklif edib.

İdman.Biz bu barədə “Caught Offside” saytına istinadən məlumat verir.

Oyunçu potensial transferə həvəslidir. Bununla yanaşı, “Çelsi” və “Bavariya” da qanalı futbolçu ilə maraqlanır.

Bu mövsüm Semenyo klubun heyətində bütün yarışlarda 11 oyunda meydana çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz