“Barselona” Mərakeşdə yoldaşlıq oyunu keçirəcək

Xəbərlər
7 Noyabr 2025 21:57
37
“Barselona” Mərakeşdə yoldaşlıq oyunu keçirəcək

La Liqanın 17-ci turunun 20 dekabrda Mayamidə keçirilməsi planlaşdırılan “Vilyarreal” – “Barselona” oyununun ləğvindən sonra “blauqrana” beynəlxalq yoldaşlıq oyunlarına hazırlıqlarını davam etdirir.

İdman.Biz-in “Mundo Deportivo”ya istinadən məlumatına görə, Kataloniya klubu Mərakeşdə yoldaşlıq oyunu keçirə bilər.

Bu fürsət Liviyada təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən başqa bir oyunun ləğv edilməsindən sonra yaranıb və Mayami oyununun ləğvi ilə bağlı maliyyə itkilərinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır.

Mərakeşdəki matçın 2025-ci ildə çempionatın birinci hissəsinin başa çatmasından sonra, lakin 2026-cı ildə “Espanyol”a qarşı ilk rəsmi La Liqa oyunundan əvvəl oynanılması gözlənilir.

İdman.Biz