“Barselona”nın cinah oyunçusu Lamin Yamal zədəsi ilə bağlı söhbətlərdən narahat olduğunu etiraf edib.
İdman.Biz bildirir ki, “Barselona” Çempionlar Liqasının dördüncü turunda “Brügge” ilə 3-3 hesablı heç-heçə edib. Kataloniyalıların qollarından birini Yamal vurub.
“Biz “Barselona”yıq və həmişə qalib gəlməliyik. Amma mən artıq La Liqadakı növbəti oyun haqqında düşünürəm. Üç qol buraxanda qalib gəlmək çətindir. Bunun üzərində işləməliyik.
Qasıq zədəmlə bağlı çox danışıldı və bu, məni məyus etdi. Deyilənlər hamısı yalan idi.
Düşünürəm ki, əgər sizə fit çalırlarsa, bunun bir səbəbi var. Əgər mənə fit çalırlarsa, bu o deməkdir ki, meydanda işimi yaxşı yerinə yetirdiyimi bilirlər. Bu, məni narahat etmir”, Yamal deyib.
