Rafinya “Qızıl top”u qazanmaması barədə: “Gözləntilərim yüksək idi”

Xəbərlər
4 Noyabr 2025 23:03
32
Rafinya “Qızıl top”u qazanmaması barədə: “Gözləntilərim yüksək idi”

“Barselona”nın hücumçusu Rafinya 2025-ci il “"Qızıl top” mükafatını qazana bilməməsi ilə bağlı hisslərindən danışıb.

İdman.Biz bildirir ki, braziliyalı oyunçu səsvermədə beşinci yeri tutub.

“Bu, mənim üçün şəxsi məyusluq idi. Özünüzü bu qədər həsr etdikdə, hər gün çalışdıqda və inanılmaz bir mövsüm keçirdiyinizi hiss etdikdə, təbii ki, ən yaxşılardan biri olmağa ümid edirsiniz. Əlbəttə ki, beşinci yeri tutmaq şərəflidir, amma gözləntilərim daha yüksək idi”, - Sport.es Rafinyanın sözlərini sitat gətirir.

Ötən mövsüm 28 yaşlı cinah oyunçusu bütün yarışlarda 57 oyun keçirib, 34 qol vurub və 26 məhsuldar ötürmə edib. “Barselona” ilə La Liqa, Kral Kuboku və İspaniya Superkubokunu qazanıb.

İdman.Biz