İngiltərə Premyer Liqasının 10-cu turunda “Sanderlend” və “Everton” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
İdman.Biz bildirir ki, oyun 1-1 hesabı ilə qurtarıb. Matç “Stadion of Light”da (Sanderlend) baş tutub.
İliman Ndiaye 15-ci dəqiqədə qonaqlara üstünlük qazandırıb, Qranit Xaka isə 46-cı dəqiqədə bərabərlik qolunu vurub.
Bu oyundan sonra “Sanderlend” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 xalla dördüncü, “Everton” isə 12 xalla 14-cü yerdədir.
        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    