İngiltərə Premyer Liqası: “Fulhem” və “Brayton”dan böyükhesablı qalibiyyət

Xəbərlər
1 Noyabr 2025 22:18
37
İngiltərə Premyer Liqası: “Fulhem” və “Brayton”dan böyükhesablı qalibiyyət

“Fulham” İngiltərə Premyer Liqasının növbəti turunda “Vulverhempton”u məğlub etməkdə çətinlik çəkməyib.
İdman.Biz bildirir ki, oyun “Fulhem”in meydançasında keçirilib.

Artıq 9-cu dəqiqədə Rayan Sessenyon hesabı açıb.

Qonaqların oyunçusu Emmanuel Aqbadu 36-cı dəqiqədə meydandan qovulub.

İkinci hissədə Harri Uilson uzaq məsafədən zərbə ilə fərqi ikiqat artırıb, Yerson Mosquera isə öz qapısına qol vuraraq hesabı 3-0 edib.

“Fulhem” 11 xalla 14-cü yerdədir, “Vulverhempton”un cəmi iki xalı var və sonuncu yerdədir.

Turun digər matçında “Brayton” “Lids Yunayted”dən üstün olub - 3:0. Qolları 11-ci dəqiqədə Denni Uelbek, 64 və 70-ci dəqiqələrdə isə Dieqo Qomes vurublar.

“Brayton” bu qələbədən sonra 15 xalla 8-ci yerdədir. “Lids” 11 xalla 16-cı yerdə qərarlaşıb.

İdman.Biz