Bundesliqanın doqquzuncu turunun “Auqsburq” və “Borussiya Dortmund” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, matç Auqsburq şəhərindəki “VVK Arena”da baş tutub.
Oyun 1-0 hesabı ilə qonaqların xeyrinə başa çatdı.
Matçın yeganə qolunu “Borussiya”nın hücumçusu Seru Girassi 37-ci dəqiqədə vurub.
“Auqsburq” Almaniya çempionatında doqquz oyundan sonra yeddi xalla 15-ci yerdədir. “Borussiya Dortmund” 20 xalla ikinci yerdə qərarlaşıb.
