“Bavariya” son 33 ilin rekordunu yeniləyib

Xəbərlər
30 Oktyabr 2025 06:10
44
“Bavariya” son 33 ilin rekordunu yeniləyib

“Bavariya” son 33 ildə top-5 liqada mövsümə ən yaxşı başlayan komandadır.

İdman.Biz bildirir ki, Vensan Kompaninin komandası Almaniya Kubokunun ikinci turunda Köln komandasını 3-0 hesabı ilə məğlub edib.

“Bavariya” cari mövsümün 14 oyununun hamısında qalib gələrək top-5 liqadakı klublar arasında yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord 1992/93 mövsümünün əvvəlində 13 qələbə qazanan “Milan”a məxsus idi.

“Bavariya” növbəti oyunda Bundesliqanın doqquzuncu turunda “Bayer Leverkuzen” ilə qarşılaşacaq.

İdman.Biz

Məqalədə: