Liqa 1-də “Loryan” və PSJ arasında 10-cu turun oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun 1-1 hesabı ilə qurtarıb.
Qonaqlardan Nunu Mendeş 50-ci dəqiqədə hesabı açıb. İqor Karioka isə 51-ci dəqiqədə bərabərlik qolunu vurub.
Bu oyundan sonra “Loryan” doqquz xalla 16-cı yerdədir, PSJ isə 21 xalla turnir cədvəlinə başçılıq edir.
Növbəti turda “Loryan” “Lans”la, PSJ isə “Nitsa” ilə qarşılaşacaq.
