Derbidə “Fənərbaxça” qalib gəlib - VİDEO

Xəbərlər
9 Dekabr 2023 22:19
203
Derbidə “Fənərbaxça” qalib gəlib - VİDEO

Türkiyə Superliqasının 15-ci turu İstanbul derbisi ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, “Fənərbaxça” “Beşiktaş”ın qonağı olub.

Qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb. Hesabı “Fənərbaxça”nın forvardı Dzeko açıb. “Beşiktaş” Okslend-Çemberlenin penalti zərbəsi ilə hesabı bərabərləşdirsə də, fasilədən sonra qonaqlar yenidən önə keçiblər. Bu dəfə Duşan Tadiç 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Serbiyalı futbolçu son dəqiqələrdə növbəti penalti şansını qaçırıb. Amma Şimanski 3-cü topu rəqib qapısından keçirərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbədən sonra 40 xalı olan “Fənərbaxça” yenidən lider mövqeyinə yüksəlib. Eyni xala malik "Qalatasaray" 2-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqası
15-ci tur

Antalyaspor – Karagümrük – 2:1
Samsunspor – Kasımpaşa – 4:2
Beşiktaş – Fənərbaxça – 1:3

İdman.biz