Türkiyə Superliqasının X turunda “Fənərbaxça” səfərdə “Qaziantepspor”la qarşılaşıb.
İdman.Biz bildirir ki, qarşılaşma İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə bitib.
Qonaqların qollarını Yussef En-Nesiri (5, 21) və Anderson Talişka (81, 88) vurublar.
Turun digər oyununda “Samsunspor”la “Rizespor” üz-üzə gəliblər. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda turnir cədvəlinə 28 xalla “Qalatasaray” başçılıq edir. 23 xalı olan “Trabzonspor” ikinci, 22 xallı “Fənərbaxça” isə üçüncüdür.
