“Real Madrid”in müdafiəçisi Daniel Karvahal və “Barselona”nın hücumçusu Lamin Yamal arasında münasibətlər İspaniya Primera Divizionunun 10-cu turundakı oyundan sonra gərginləşib.
İdman.Biz “Footmercato”ya istinadla xəbər verir ki, oyunçular sosial mediada bir-birini izləməyi dayandırıblar.
Bu vəziyyət İspaniya milli komandasını növbəti beynəlxalq oyunlarından əvvəl narahat edir. Baş məşqçi Luis de la Fuente yığma komandanın kapitanı ilə ulduz oyunçusu arasında vasitəçilik etməli olacaq.
Daha əvvəl Yamal Madrid klubunu fırıldaqçılıqda və şikayət etməkdə günahlandırmışdı. “Real”ın qələbəsindən sonra Karvahal “Barselona” oyunçusuna çoxmənalı jest edərək onu susmağa çağırmışdı.
