Kontedən “İnter” prezidentinə cavab: “Onlar sadəcə oyunçular və məşqçi üçün alibi yaradırlar”

Xəbərlər
26 Oktyabr 2025 02:42
31
Kontedən “İnter” prezidentinə cavab: “Onlar sadəcə oyunçular və məşqçi üçün alibi yaradırlar”

“Napoli”nin baş məşqçisi Antonio Konte “İnter” prezidenti Cüzeppe Marottanın İtaliya A Seriyasının 8-ci turunda penalti ilə bağlı açıqlamasına cavab verib.

İdman.Biz-in məlumatına görə, İtaliya çempionatının hazırkı çempionu Milan klubunu 3-1 hesabı ilə məğlub edib.

“İnter” Marottanı və direktorları hər fürsətdə göndərir, amma “Napoli”dən mən özüm gəlirəm. Komanda qiymətləndirməli və niyə uduzduqlarını anlamalıdır. Bunu etməklə onlar sadəcə oyunçular və məşqçi üçün alibi yaradırlar. Mən buna icazə verməzdim. Marotta prezidentdir, amma onun bura gəlib belə açıqlamalar verməsi düzgün deyil...

Rəhbərliyə bütün hörmətimlə deyirəm: bu sualları matçda iştirak edənlərə buraxın, çünki bu, həm də məşqçinin rolunu azaldır. Mən həmişə özümü müdafiə etmişəm, ona görə də belə açıqlamalar verən bir klub... yaxşı”, - “Football Italia” Kontedən sitat gətirib.

Bu oyundan sonra “Napoli” 18 xalla A Seriyasının cədvəlinə başçılıq edir, “İnter” isə 15 xalla üçüncü yerdədir.

İdman.Biz