“Real Sosyedad” Oyarsabalın dublu sayəsində qələbə qazanıb - VİDEO

Xəbərlər
25 Oktyabr 2025 01:14
46
“Real Sosyedad” Oyarsabalın dublu sayəsində qələbə qazanıb - VİDEO

İspaniya La Liqasının 10-cu turunda “Real Sosyedad” və “Sevilya” qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, oyun San-Sebastyandakı “Real Arena”da baş tutub.

Qarşılaşma ev sahibi komandanın xeyrinə 2-1 hesabı ilə başa çatıb.

“Real Sosyedad”ın hücumçusu Mikel Oyarsabal 19-cu dəqiqədə penaltidən hesabı açıb. Müdafiəçi Nemanya Qudel 30-cu dəqiqədə bərabərlik qolunu vurub. Oyarsabal 36-cı dəqiqədə yenidən meydan sahiblərini irəli çıxarıb.

İspaniya liqasında 10 oyundan sonra Serxio Fransiskonun komandası doqquz xala malikdir və 14-cü yerdədir. “Sevilya” isə 13 xalla doqquzuncu yerdə qərarlaşıb.

İdman.Biz