“Real Madrid” onun fırıldaqçı və şikayətçi olduğunu iddia edən “Barselona”nın hücumçusu Lamin Yamalın sözlərini hörmətsizlik hesab edir.
İdman.Biz “Mundo Deportivo”ya istinadla xəbər verir ki, bu səbəbdən Madrid komandasının müdafiəçisi və kapitanı Daniel Karvahal La Liqanın 10-cu turunda (26 oktyabr, bazar günü) komandaların oyunundan sonra 18 yaşlı futbolçu ilə danışmaq niyyətindədir.
Mənbənin məlumatına görə, “Real” həmçinin Yamalın şərhlərinin iki klubun oyunçuları arasında İspaniya milli komandasında mövcud olan harmoniyanı təhdid etdiyinə inanır.
“Real Madrid” və “Barselona” arasındakı matç Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
