“Liverpul” İspaniya liqasının 10-cu turunda (26 oktyabr, bazar günü) maraq dairəsində olan oyunçuları izləmək üçün “Real”ın “Barselona” ilə oyununa skautlar göndərəcək.
İdman.Biz “Defensa Central”a istinadla xəbər verir ki, mersisaydlılar yarımmüdafiəçilər Eduardo Kamavinqa və Orelyen Tçuameni ilə daha çox maraqlanırlar.
“Qırmızılar” bu oyunçuları öz mövqelərində dünyanın ən yaxşıları arasında hesab edir və heyətlərində onlarla ən yüksək mövqelər uğrunda mübarizə apara biləcəklərinə inanırlar.
“Real Madrid” və “Barselona” arasındakı matç Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
