Türkiyə çempionatının autsayderləri heç-heçə oynayıblar

Xəbərlər
25 Oktyabr 2025 00:07
58
Türkiyə çempionatının autsayderləri heç-heçə oynayıblar

Türkiyə Superliqasında 10-cu turun “Fatih Karagümrük” – “Küyserispor” matçı keçirilib.

İdman.Biz bildirir ki, turnir cədvəlinin autsayderləri arasındakı qarşılaşma 2:2 hesabı ilə qurtarıb.

16-cı dəqiqədə meydan sahiblərindən Sem Larsson hesabı açıb.

68-ci dəqiqədə German Onuqha hesabı bərabərləşdirib. 74-cü dəqiqədə Onuqha qonaqları hesabda irəli çıxarıb. 79-cu dəqiqədə Atakan Çankaya oyunun yekun nəticəsini müəyyən edib.

Bu oyundan sonra “Kayserispor” 6 xalla 17-ci yerdədir. İki xal toplamış “Fatih Karagümrük” isə turnir cədvəlinin sonuncu pilləsindədir.

İdman.Biz