“Liverpul”un hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının üçüncü turunun “Ayntraxt Frankfurt”la oyunundan (5-1) sonra Mersisayd klubunun adını X sosial şəbəkəsindəki bioqrafiyasından silib.
İdman.Biz-in məlumatına görə, komandalar Almaniyanın “Frankfurt Arena” stadionunda oynayıblar. Misirli forvard oyuna ehtiyat oyunçular skamyasında başlayıb.
Salah 74-cü dəqiqədə daxil olduğu oyundan sonra profil bioqrafiyasını dəyişdirərək “Liverpul”un adını oradan götürüb.
Hücumçunun səhifəsinin oyundan əvvəlki və sonrakı ekran görüntüləri “Metro” tərəfindən dərc edilib.
Məhəmməd Salah 2017-ci ilin yayından bəri “Liverpul”da oynayır. Bu mövsüm afrikalı bütün yarışlarda 12 matçda üç qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

