“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Vulverhempton”la oyundan əvvəl keçirilən mətbuat konfransında yeni müdafiəçi Mark Qehinin oyunda debüt edə biləcəyini təsdiqləyib.
İdman.Biz bildirir ki, oyun yanvarın 24-də Mançesterdə keçiriləcək.
“Oynaya bilər. Qehinin bizdə olması çox xoşdur. Mərkəz müdafiəçilərinin olmamasını nəzərə alsaq, bu, həqiqətən də əladır. Bu, bizə kömək edəcək, çünki Mark müstəsna oyunçudur. O, beynəlxalq səviyyəli oyunçudur, ötən mövsüm İngiltərə Kubokunu qazanan komandanın kapitanıdır. Onlar Oliver Qlasnerlə inanılmaz bir mövsüm keçirdilər, amma bu mövsüm çətinlik çəkdilər”, - Qvardiolanın klubun rəsmi saytında deyilir.
Yanvarın 19-da “Mançester Siti” Qehinin “Kristal Palas”dan 20 milyon funt sterlinqə (23 milyon avro) transfer olunduğunu rəsmi olaraq elan edib. Müdafiəçinin yeni klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-a görə, onun bazar dəyəri 55 milyon avrodur.
