“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa “Los Blancos”un müdafiəçisi Trent Aleksander-Arnolda klubdan ayrılmağı məsləhət görüb.
İdman.Biz bu barədə “El Nacional”a istinadən xəbər verir.
Danışıqlar zamanı Arbeloanın oyunçuya uzunmüddətli oynayacağını gözləmədiyi barədə xəbərdarlıq etdiyi bildirilib. Baş məşqçi həmçinin Aleksandr-Arnoldun ötən ay ayağından aldığı zədədən sonra müntəzəm olaraq oynamayacağını da açıqlayıb.
İngilis futbolçu ötən yay “Real Madrid”ə qoşulub. O, bütün yarışlarda 11 oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 70 milyon avrodur.
