Konfrans Liqasının oyunu əlverişsiz hava səbəbindən təxirə salınıb

24 Oktyabr 2025 00:45
158
Konfrans Liqasının oyunu əlverişsiz hava səbəbindən təxirə salınıb

Konfrans Liqasının ikinci turunda Xorvatiya təmsilçisi “Riyeka” ilə “Sparta Praqa” arasında keçirilən matçın hakimi güclü fırtına səbəbindən oyunu dayandırmaq qərarına gəlib.

İdman.Biz bildirir ki, oyun Riyekadakı stadionda keçirilirdi.

Matçın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. İkinci hissənin başlanğıcında isə hakim oyunu dayandırıb.

“Bugünkü oyun baş tutmayacaq. Hakim final fitini çaldı. Sizi əlavə tədbirlər barədə məlumatlandıracağıq”, - “Sparta”nın X sosial media səhifəsində yazılıb.

İdman.Biz