103-cü dəqiqədə vurulan qol sensasiyaya imkan verməyib

Xəbərlər
24 Oktyabr 2025 00:16
45
103-cü dəqiqədə vurulan qol sensasiyaya imkan verməyib

İspaniyanın “Rayo Valyekano” klubu Konfrans Liqasının ikinci turunda İsveçin “Hakken” komandası ilə səfər matçında artırılmış vaxtda məğlubiyyətdən yaxa qurtarıb.

İdman.Biz bildirir ki, İsveçdə keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Alvaro Qarsia 15-ci dəqiqədə “Rayo Valyekano”nu hesabda önə keçsə də, sonra meydan sahibləri iki dəfə fərqlənib: Yulius Lindberq 41-ci dəqiqədə, İsak Brusberq isə 55-ci dəqiqədə qol vurublar. Qonaqlar 90+13-cü dəqiqədə Andrey Ratiunun qola çevirdiyi penalti zərbəsi sayəsində məğlubiyyətdən yaxa qurtarıblar.

Bu heç-heçədən sonra “Rayo Valyekano”nun 4, “Hakken”in isə 2 xalı var.

İdman.Biz

Məqalədə: