“Milan”ın hücumçusu Santyaqo Ximenes sosial şəbəkədə yarımmüdafiəçi Luka Modriçin İtaliya nəhənginə keçdikdən sonra soyunub-geyinmə otağında mahnı oxumaqdan canını necə qurtarması ilə bağlı hekayə paylaşıb.
İdman.Biz bildirir ki, ənənəyə görə, hər yeni futbolçu komanda yoldaşları qarşısında mahnı ifa etməlidir.
“Biz soyunub-geyinmə otağına girdik və gördük ki, hər oyunçunun yerində yeni “iPhone” var. Modriç onları bizə verdi. O, hər birimizə bir telefon aldı. O, mahnı oxumaq əvəzinə, hamımıza telefon aldı”, - Ximenes deyib.
Xorvatiyalı yarımmüdafiəçi ötən yay “Milan”a keçib. Onun “rossoneri” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalının məlumatına görə, Modriçin bazar dəyəri 20 milyon avrodur.