“Yuventus” 2009-cu ilin pis göstəricilərini təkrar edir

Xəbərlər
23 Oktyabr 2025 08:07
41
“Yuventus” 2009-cu ilin pis göstəricilərini təkrar edir

“Yuventus” son 17 ildə ən pis nəticələri göstərir.

İdman.Biz bildirir ki, İqor Tudorun yetirmələri Çempionlar Liqasının üçüncü turunda “Real Madrid”ə 1:0 hesabı ilə məğlub olub.

Beləliklə, onların qələbəsizlik seriyası beş heç-heçə və iki məğlubiyyətə qədər artıb.

Sonuncu dəfə “Yuventus” 2009-cu ilin yazında 7 oyunda qalib gələ bilməyib. Həmin mövsüm baş məşqçi Klaudio Ranyerinin qovulması ilə başa çatıb.

Oktyabrın 26-da İtaliya çempionatının 8-ci turu çərçivəsində “Yuventus” səfərdə “Latsio”" ilə qarşılaşacaq.

İdman.Biz