Çempionlar Liqasının üçüncü turunda “Sportinq” “Marsel”lə oynayıb.
İdman.Biz bildirir ki, Lissabondakı "Estadio José Alvalade"də baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
14-cü dəqiqədə “Marsel”in hücumçusu İqor Payxao ilk qolu vurub. 45+2-ci dəqiqədə qonaqların müdafiəçisi Emerson ikinci sarı vərəqə alaraq meydançanı tərk edib. 69-cu dəqiqədə "Sportinq"in yarımmüdafiəçisi Cenni Katamo hesabı bərabərləşdirib. 86-cı dəqiqədə hücumçu Alisson Santos ev sahiblərini hesabda önə keçirib.
Üç oyundan sonra “Sportinq” altı xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində 12-cidir. “Marsel”in üç xalı var və 18-ci yerdədir.