Rafinya “Real”a qarşı oynaya bilər

Xəbərlər
23 Oktyabr 2025 04:15
38
Rafinya “Real”a qarşı oynaya bilər

“Barselona”nın futbolçusu Rafinya tezliklə meydançaya qayıda bilər.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, o, qarşıdan gələn “Real Madrid”lə matçda iştirak edə bilər.

Braziliyalı cinah yarımmüdafiəçisi sentyabrın 25-də “Ovyedo” ilə matçda (3:1) aldığı zədədən tam sağalıb. Mənbənin məlumatına görə, Rafinya artıq komandanın qalan üzvləri ilə məşq edir və oktyabrın 26-da baş tutacaq La Liqanın 10-cu turunun oyununda oynamağa hazırdır.

Onun sağlamlığının bərpası prosesinin “fövqəladə yaxşı” getdiyi bildirilir. Futbolçu Çempionlar Liqasında "Olimpiakos"la oyunda (6:1) meydançaya qayıda bilərdi, lakin baş məşqçi Hansi Flik heç bir riskə getməmək və tam sağalması üçün ona daha çox vaxt vermək qərarına gəlib.

Rafinyanın oyuna start heyətində çıxıb-çıxmayacağı hələlik dəqiqləşməyib.

İdman.Biz