“Kayrat”ın kapitanı: “Biz xəyallar aləmində deyilik və pley-off mərhələsinə yüksəlməyi hədəfləmirik”

Xəbərlər
22 Oktyabr 2025 22:54
59
“Kayrat”ın kapitanı: “Biz xəyallar aləmində deyilik və pley-off mərhələsinə yüksəlməyi hədəfləmirik”

“Kayrat”ın 38 yaşlı kapitanı Aleksandr Martınoviç komandasının cari Çempionlar Liqasındakı çıxışından gözləntilərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, Qazaxıstan komandasının kapitanı məqsədlərinin heç də pley-off mərhələsinə yüksəlmək olmadığını bildirib.

“Uğur qazansaq da, qazanmasaq da, hər oyunda çox çalışacağıq. Bu, komandamız üçün təcrübədir. “Kayrat” ilk dəfədir Çempionlar Liqasında oynayır. Təcrübə qazanacağıq və bu, hər halda faydalı olacaq. Bizdə heç kəs buludların üzərində uçmur və pley-offa yüksəlmək məqsədini qarşıya qoymayıb. Biz oynayırıq, əgər xal qazansaq, əla. Ancaq belədə Çempionlar Liqası atmosferindən həzz alırıq” - Martınoviç “Çempionat”a deyib.

Üç turdan sonra “Kayrat” bir xal toplayaraq Çempionlar Liqasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.Biz