PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Bayer Leverkuzen”lə qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.
Bu barədə İdman.Biz “RMC Sport”a istinadən məlumat verir.
“Çox çətin rəqiblərimiz var. Sabahkı oyun hər iki komanda üçün ciddi sınaq olacaq. İlk iki matçda qalib gəldiyimiz üçün şadıq, amma sabah hər şey yenidən başlayacaq. “Bayer” güclənib – 20 oyunçu və yeni məşqçi ilə müqavilə imzalayıblar. Komanda qol vurur, dərindən necə müdafiə olunacağını bilir və təzyiq göstərir”, - Luis Enrike deyib.
“Bayer" - PSJ matçı oktyabrın 21-də Leverkuzendə keçiriləcək.