“Barselona”nın yarımmüdafiəçisi Pedri, “Real Madrid”in sabiq oyunçuları daxil olmaqla ideal futbolçuların siyahısını tərtib edib.
İdman.Biz-in məlumatına görə, “Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri “Qızıl top”un X sosial şəbəkəsindəki rəsmi hesabı üçün verdiyi müsahibədə ideal oyunçu siyahısını açıqlayıb.
Yarımmüdafiəçi aşağıdakı oyunçuları seçib:
Sol ayaq - Neymar.
Sağ ayaq - Lionel Messi.
Ötürmə - Xavi.
Qola çevirmə - Kristiano Ronaldo.
Dribling - Lamin Yamal.
Müdafiə oyunu - Karles Puyol.
Başla oyun - Ronald Arauxo.
Sürət - Niko Uilyams.
Futbol zəkası - Andres İniesta.
Son “Qızıl top” mərasimində ispaniyalı yarımmüdafiəçi Pedri 11-ci yeri tutaraq ilk 10-luğa düşə bilməyib. Bu mövsüm bütün turnirlərdə 15 matçda 4 qol vurub və iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, ötən həftə “Real Madrid”in sabiq baş məşqçisi və Fransa millisinin dünya çempionatının qalibi Zinəddin Zidan "La Gazzetta dello Sport"a müsahibəsində ideal oyunçuları bir yerə toplayıb. Onun ideal siyahısı belə idi:
Sol ayaq – Zinəddin Zidan
Sağ ayaq – Zinəddin Zidan.
Başla oyun – Zinəddin Zidan
Güc - Zlatan İbrahimoviç
Dribling – Alessandro Del Pyero
Qola çevirmə - Ronaldo və ya Kriştiano Ronaldo
Meydançanı görmə - Zinəddin Zidan
Uzaqdan zərbələr – Luka Modriç
Standart vəziyyətlər – Alessandro Del Pyero, Mişel Platini, Andrea Pirlo
Təkbətək mübarizə – Lilian Türam
Liderlik keyfiyyəti – Toni Kroos.