“Xetafe”nin oyunçusu Vinisiusa: “Ona görə hamı sənə nifrət edir”

Xəbərlər
20 Oktyabr 2025 19:04
36
“Xetafe”nin oyunçusu Vinisiusa: “Ona görə hamı sənə nifrət edir”

“Xetafe” “Real Madrid”ə 1:0 hesabı ilə uduzduqları son oyunda 25 yaşlı braziliyalı vinger Vinisius Juniorun davranışından narazı qalıb.

İdman.Biz bildirir ki, qola üç dəqiqə qalmış “Xetafe” meydanda on nəfərlə qalıb. Yenicə meydana çıxan kamerunlu müdafiəçi Allan Nyom Vinisius Juniorun üzünə əli ilə vurduğu üçün meydandan qovulub. “Xetafe”nin baş məşqçisi Xose Bordalas hesab edir ki, braziliyalı hakimdən birbaşa qırmızı vərəqəyə nail olmaq üçün saxtakarlıq edib. Meydan sahiblərinin futbolçuları da eyni fikri bölüşüblər.

55-ci dəqiqədə isə Vinisius müdafiəçi Xuan İqlesiasla toqquşub, bundan sonra ispaniyalı rəqibini tənqid edib: “Ona görə hamı sənə nifrət edir. Komanda yoldaşlarından öyrən”.

Matçdan sonra İqlesias Vinisiusla mübahisəsi haqda daha ətraflı danışıb.

“Futbolda çoxlu zərbələr və qayda pozuntuları olur. Bu, oyunun təbiətindən və meydanda olan oyunçulardan qaynaqlanır. Amma elə şeylər də var ki, onlara icazə vermək olmaz. Rəqibə hörmət etməlisən, insanlara hörmət etməlisən. Və belə olmayanda qığılcımlar uçur və bu, heç kimin xoşuna gəlmir”, - İqlesias deyib.

İdman.Biz