Kilian Mbappe ispan dilini öyrənməyi ölkəyə olan hörməti ilə əlaqələndirib.
İdman.Biz bildirir ki, Madrid “Real”ının fransalı futbolçusu İspaniyanın milli adətlərinə uyğunlaşmağa çalışdığını deyib:
“Fransız dilinə bir az bənzəyir. Hər ikisi də latın dilindən götürülüb. Amma mən onu tez öyrəndim. Madridə gələndə artıq bir az danışırdım və buradakı gündəlik həyat mənə bu dildə səlis danışmağa imkan verdi və mən xoşbəxtəm. Məncə, gəldiyiniz ölkənin dilində danışmaq hörmət əlamətidir.
Fransada insanlar başqalarının onların dillərini öyrəndiyini görəndə xoşbəxt olurlar. Burdakıların öz dili, öz qaydaları, öz adətləri var və biz də uyğunlaşmağa çalışırıq. Mən İspaniyadayam, ispan mədəniyyətinə uyğunlaşıram”.