“Monako” “Anje” səfərində xal itirib

Xəbərlər
18 Oktyabr 2025 23:18
37
“Monako” “Anje” səfərində xal itirib

Fransa Liqa 1-də 8-ci turda “Anje” “Monako”nu qəbul edib. Komandalar Anje şəhərindəki “Stade Raymond Kopa” stadionunda qarşılaşıblar.

İdman.Biz bildirir ki, oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qarşılaşmada ilk qolu 73-cü dəqiqədə “Monako”nun yarımmüdafiəçisi Folarin Baloqun vurub. 86-cı dəqiqədə meydan sahiblərindən Sidiki Şerif hesabı bərabərləşdirib.

Bu matçdan sonra “Anje”nin 6 xalı var. Komanda hazırda Fransa çempionatının cədvəlində 17-ci yerdədir. 14 xalı olan “Monako” isə 5-ci yerdədir.

İdman.Biz